[b]“Neftçi”dən milliyə gedəcəklər bəlli oldu[/b]
12.04.2016 - 00:19
[b]“Neftçi”dən milliyə gedəcəklər bəlli oldu[/b]

May ayında Bakıda təşkil olunacaq Avropa çempionatının final mərhələsinə hazırlaşan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı keçəcək. Apasport.az saytının məlumatına görə, aprelin 12-13-də paytaxtda baş tutacaq hazırlıq prosesinə "Neftçi”nin 5 futbolçusu dəvət olunub.

 

Bahadur Həziyev, Pilağa Mehdiyev, Kamran İbrahimov, Aslan Bədəlzadə və Ərziman Rizvanov yığmanın toplanışında yer alacaqlar.

 

Qeyd edək ki, U-17 milli komandamızın kapitanı Elçin Əsədov hazırda zədəli olduğu üçün təlim-məşq toplanışına dəvət olunmayıb.

0