[b]“Neftçi”dən radikal addımlar: 5 futbolçu heyətdən kənarlaşdırıldı[/b]
30.10.2016 - 15:19
[b]“Neftçi”dən radikal addımlar: 5 futbolçu heyətdən kənarlaşdırıldı[/b]

“Neftçi”nin məşqçilər korpusu əsas komandanın 5 üzvünün əvəzedici heyətə göndərilməsi haqqında qərar qəbul edib. Apasport.az saytının məlumatına görə, bu barədə klubdan açıqlama verilib.

 

Belə ki, qapıçı Krşevan Santini, müdafiəçilər – Jayro Rodriges, Vançe Şıkov, Dario Melnyak və hücumçu Denilson Pereyra bir müddət əsas komandadan uzaqlaşdırılıb.

 

Buna səbəb bu futbolçuların son oyunlarda uğursuz çıxış etmələridir.

0