Bakının “Neftçi” klubu Azərbaycan kubokundakı rekordunu yeniləyib. Apasport.az saytının məlumatına görə, yarışın tarixi ərzində ardıcıl ən çox final oynayan komanda olan paytaxt təmsilçisi seriyasını 5-ə çatdırıb.
Heç bir komandanın ardıcıl 3 final belə oynamadığı halda “ağ-qaralar” 2012-ci ildən sonra həlledici matçın daimi iştirakçısıdı. “Neftçi” son 4 finalda 2 qələbə qazanıb və 2 dəfə uduzub.
2012-ci ildə “Bakı”, 2015-ci ildə “Qarabağ”la görüşlərdə uduzan “ağ-qaralar” əvvəl 0:2, sonra 1:3-ə üzülüb.
2013 və 2014-cü illərdə kuboka yiyələn “Neftçi” finaldakı hər iki qələbəsini penaltilərlə qazanıb. “Xəzər Lənkəran”ı 0:0 hesabı ilə başa çatan dueldə 5:3, 2 il öncə isə “Qəbələ”ni 1:1 nəticələnən matçdan sonra 3:2 hesabı ilə üstələyib.
Qeyd edək ki. “Neftçi” bu gün yarımfinalda “Qəbələ”ni məğlub edib. Hər iki oyunu 1:1 başa çatan duelin penaltilər seriyasında bakılılar 4:3-ə sevinib. Bu, iki komanda arasındakı 3-cü matçda da eyni hesabın qeydə alınmasından sonra gerçəkləşib. Belə ki, 2 il əvvəlki finalda da hər komanda 1 qol vurmuşdu.