[b]“Neftçi”dən yeni transfer[/b]
30.07.2017 - 17:18
“Neftçi” heyətini gücləndirib. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” paraqvaylı oyunçu Derlis Meza Kolli ilə müqavilə bağlayıb.
“İnter” və “Qəbələ”nin keçmiş futbolçusu ilə 1 illik anlaşma əldə olunub.
29 yaşlı yarımmüdafiəçi yeni komandasında 10 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Derlisin son klubu Paraqvay təmsilçisi “Syerro Portenyo” olub.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
0
0