[b]“Neftçi”nin 2 əcnəbisi Gəncəyə getməyəcək[/b]
07.04.2017 - 16:25
[b]“Neftçi”nin 2 əcnəbisi Gəncəyə getməyəcək[/b]

Azərbaycan Premyer Liqasında 4-cü yerə iddiasını davam etdirən “Neftçi”ni XXV turda “Kəpəz”lə səfər matçı gözləyir. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi sabah Gəncəyə yola düşəcək.

 

Səfər öncəsi baş məşqçi Elxan Abdullayevi iki futbolçunun zədəsi narahat edir. “Sumqayıt”la çempionat matçında zədələnən müdafiəçi Pavel Dreksadan sonra yarımmüdafiəçi Kiril Petrov da “Qarabağ”la kubok görüşündə sıradan çıxıb. Hələ də məşqlərdə iştirak etməyən hər iki futbolçu “Kəpəz”lə görüşü buraxmalı olacaq.

 

Əvəzində kapitan Ruslan Abışovun zədəsi sağalıb. 30 yaşlı yarımmüdafiəçi Gəncəyə yollanacaq heyətdə yer alacaq. Lakin onun meydana çıxıb-çıxmayacağına oyun günü aydınlıq gələcək.

 

Qeyd edək ki, aprelin 9-da keçiriləcək “Kəpəz” – “Neftçi” qarşılaşması saat 16:00-da başlayacaq.

0