[b]“Neftçi”nin 2 futbolçusu rəsmən I divizion klubunda[/b]
22.12.2017 - 15:34
[b]“Neftçi”nin 2 futbolçusu rəsmən I divizion klubunda[/b]

“Neftçi” qış transfer dönəmində daha 2 futbolçu ilə bağlı qərarını verib. Apasport.az saytının I divizion təmsilçisi “Sabah”ın mətbuat xidmətinə istinadən məlumatına görə, “ağ-qaralar”ın qapıçısı Maksim Vaylo və müdafiəçisi Təyyar Məmmədovla anlaşma əldə edilib.

 

Belə ki, həm Vaylo, həm də Məmmədov mövsümün sonuna qədər icarəyə götürülüb.

 

Qeyd edək ki, Təyyar Məmmədov cari mövsümün ilk yarısını icarə əsasında “Səbail”də keçirib.