[b]“Neftçi”nin 70 günlük seriyası qırıldı[/b]
30.04.2018 - 12:24
“Neftçi”nin Topaz Premyer Liqasındakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi XXV turun “Keşlə” ilə səfər matçında 1:2 hesabı ilə uduzub.
“Ağ-qaralar” bunadək ardıcıl 8 görüşdə meydanı xalsız tərk etmirdi. Tərlan Əhmədovun yetirmələri sonuncu dəfə XVI turun fevralın 17-də keçirilən “Sumqayıt”la matçından xalsız ayrılmışdı – 0:2.
70 gündən sonra məğlubiyyət acısı yaşayan “Neftçi” bu müddətdə 5 qələbə qazanıb, 3 heç-heçə edib.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0