Bakının “Neftçi” klubunun yollarını ayırdığı braziliyalı müdafiəçi Bruno Bertuççi Azərbaycanın ən titullu klubunun heyətində 80 matç keçirib. Apasport.az saytının məlumatına görə, 2012-ci ilin yayında transfer olunan cənubi amerikalı 2 mövsümdən artıq müddətdə şərəfini qoruduğu kubda 3 qol vurub.
Topaz Premyer Liqasında 52 qarşılaşmada 2 qol vuran legioner 2012/13 mövsümündə 24 matçda 1, ötən çempionatda 25 oyunda 1 dəfə fərqlənmişdi. Cari mövsümdə isə Bruno 3 görüşə çıxmışdı.
2012/13 mövsümündə “Neftçi” ilə “Qızıl dubl”a imza atan arxa xətt oyunçusu ölkə kubokunda 7 dəfə meydana çıxıb. Bunların ikisi həmin, 5-i isə ardıcıl ikinci kubokun əldə edildiyi 2013/14 mövsümünə təsadüf edib.
2013-cü ildə Superkubokda da 1 görüşün iştirakçısı olan futbolçu 20 avrokubok oyununda forma geyib. Bunların 6-sı Çempionlar Liqası, 14-ü Avropa Liqasına təsadüf edib.