“Futboldur, hər şey ola bilər. “Neftçi”nin “Sumqayıt”a uduzması mənim üçün gözlənilməz olmadı”. Bu sözləri apasport.az saytına “Neftçi” klubunun sabiq məşqçisi Tərlan Əhmədov deyib.
Topaz Premyer Liqasında III dövrəyə uğursuz başlayan “Neftçi” 5 oyundan 5 xal toplayıb. “Ağ-qaralar”ın sonuncu turda autsayder “Sumqayıt”a uduzması isə həyəcan təbili çalmağa əsas verir.
Lakin Əhmədovun fikrincə, “ağ-qaralar” çətin günləri geridə qoymağı bacaracaq səviyyədədirlər: “İtirilən hər bir xal qızıla bərabərdir. Burada bütün günahı baş məşqçinin üzərinə atmaq da düzgün olmaz. Futbolçular da məsuliyyətli olmalıdırlar. “Neftçi”nin yeni futbolçuya ehtiyac varmı? Hər məşqçinin öz fikri var. Komandaya yeni nəfəs, yeni oyunçu həmişə lazımdır. Lakin “Neftçi”nin çempionluq şansını itirdiyini düşünmürəm. Ola bilər ki, cəzalı futbolçular qayıdandan sonra komanda təmiz fərqli futbol oynasın”.
Qeyd edək ki, cari mövsümdə “Neftçi”də baş məşqçi əvəzi qismində çalışan Əhmədov Azərbaycan Superkubokunda “Xəzər Lənkəran”a məğlubiyyətdən sonra postunu tərk edib.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”