“İnter”in futbolçusu Tural Osmanov cəzalanıb. Apasport.az saytının məlumatına görə, buna klubun U-19 komandasının üzvünün baş məşqçisini təhqir etməsi səbəb olub.
Bu hadisə U-19 Liqasında keçirilən “İnter” – “Neftçi” matçında yaşanıb. O, çalışdırıcısını təhqir etdiyinə görə meydandan kənarlaşdırılıb. AFFA-nın bu gün keçirilən İntizam Komitəsi Turala 4 oyunluq cəza verib.
U-19 Liqasının AZAL – “Sumqayıt” matçında qonaqların oyunçusu Vüsal Buludlu hakimi təhqir edib ki, bu üzdən də 3 oyun cəzalanır.
“Səbail”lə matçda texniki zona qaydalarını pozan “Zirə”nin baş məşqçisi Aqil Nəbiyev 1 turluq kənarlaşdırılıb.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə