“Neftçi” “Bakı” ilə yoxlama oyunundan sonra istirahəti başa vuraraq məşqlərini bərpa edib. Apasport.az saytının məlumatına görə, komanda “Simurq”la matçın hazırlığına start verib.
Ötən gün klubun bazasındakı meydançada baş tutan məşqdən əvvəl paraqvaylı futbolçu Erik Ramos "Bakı" ilə yoxlama oyununda etdiyi hərəkətə görə klub rəhbərliyindən, məşqçilər heyətindən, komanda yoldaşlarından, eləcə də azarkeşlərdən üzr istəyib.
Ramos bununla bağlı klubun rəsmi saytına açıqlama verib: “Yoxlama oyununda rəqib futbolçu mənə qarşı iki təhrikedici hərəkət elədi və nəticədə emosiyalarımı cilovlaya bilmədim. Bütün hallarda özümə haqq qazandırmıram. Hazırlıq oyunu olmasına baxmayaraq belə etməməliydim. Səhvimi anlayıram. Buna görə də klub rəhbərliyindən, məşqçilər heyətindən, komanda yoldaşlarımdan və azarkeşlərdən üzr istəməyi özümə borc bildim. Ümid edirəm ki, onlar məni anlayışla qarşılayacaqlar. Çalışacağam ki, gələcəkdə belə hallar baş verməsin”.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı