[b]“Neftçi”nin həbsdə olan azarkeşləri azadlığa buraxıldı[/b]
14.09.2014 - 17:03
[b]“Neftçi”nin həbsdə olan azarkeşləri azadlığa buraxıldı[/b]

“Neftçi”nin həbsdə olan azarkeşləri azadlığa buraxılıb. Apasport.az saytının məlumatına görə, Cəmil Mustafazadə, Qədir Qədirov və Zamin Əliyev artıq azadlıqdadı.

 

Həbs olunan azarkeşlərdən yalnız biri hazırda həbsdədi. Lakin Sübhan Əliyevin də yaxın 4-5 gün ərzində azadlığa çıxması gözlənilir.

 

Xatırladaq ki, sözügedən fanatlar “Neftçi”nin Serbiya “Partizan”ı ilə oyunu öncəsi rəqib komandaya qarşı xoşagəlməz hərəkətlərinə görə həbs olunmuşdular.

 

Mənbə: futbolinfo.az