[b]“Neftçi”nin sabiq qapıçısı üçün “yaşıl işıq”[/b]
14.07.2015 - 11:23
[b]“Neftçi”nin sabiq qapıçısı üçün “yaşıl işıq”[/b]

Rusiyanın “Krılya Sovetov” klubunda baxışda olan “Neftçi”nin keçmiş qapıçısı Saşa Stamenkoviç üçün “yol açılıb”. Apasport.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, serbiyalı qolkiperin Samara təmsilçisi ilə müqavilə imzalamaq ehtimalı artıb.

 

Məsələ burasındadı ki, “Krılya Sovetov” rəhbərliyi baxışda olan digər serbiyalı çərçivə qoruyucusu Vladimir Dişlenkoviçlə münasibətləri rəsmiləşdirməyə ehtiyac duymayıb. Əvvəllər Ukrayna çempionatında oynamış qapıçı komandanın heyətində Belçika və Hollandiya toplanışlarında iştirak etsə də, onunla danışıqlarda ortaq məxrəcə gəlmək mümkün olmayıb.

 

Dişlenkoviçin tibbi müayinəsinin nəticəsi də klub rəhbərliyinin ondan vaz keçməsinə şərait yaradıb.

 

Həmyerlisinin göndərilməsi Saşa Stamenkoviçin “Krılya Sovetov”da qalmaq ehtimalını artırıb. MOİK-lə yoxlama matçında iştirak edən Saşanın baxışdan uğurla keçəcəyi və Samara təmsilçisi ilə müqavilə imzalayacağı real görünür.

 

Qeyd edək ki, Stamenkoviç 2011-2015-ci illərdə “Neftçi”nin formasını geyinib.