[b]“Neftçi”nin son 4 oyunda vurduğu qollar - VİDEO[/b]
04.11.2017 - 11:54
[b]“Neftçi”nin son 4 oyunda vurduğu qollar - VİDEO[/b]

“Neftçi” ölkə çempionatının son 4 turunda vurduğu qollardan ibarət video-rolik hazırlayıb. Apasport.az saytı xəbər verir ki, bu barədə klubun feysbuk səhifəsində məlumat yerləşdirilib.

 

Bildirilir ki, bu görüşlərdə vurulan qolların hamısı “ən yaxşı” seçilib: “Son 4 oyunun ən yaxşı qolunu seçmək üçün dəyərli vaxtını ayırıb rəy bildirən hər bir neftçisevərə minnətdarıq. Səs çoxluğu Rəhman Hacıyevin "Sumqayıt"la son oyunda vurduğu mühüm qolun tərəfində idi. Amma İqnasio Erreranın "Səbail"lə qarşılaşmadakı estetik qolu, Derlis Meza Kollinin qələbə seriyamızı başlayan gözəl zərbəsi, kapitan Ruslan Abışovun basketbol termini ilə desək "üçxallığı" və son qələbələrimizi gətirən bütün qollar azarkeşlərimizin diqqətindən yayınmadı. Hər bir azarkeşimizə hörmət əlaməti olaraq qələbə seriyamızda vurduğumuz qolların hamısını "ən yaxşı" seçdik.
Bu qollarda və bu qolların gətirdiyi qələbələrdə payı olan bütün futbolçularımıza təşəkkür edirik!
Qələbələrimizin davamı gəlsin!”

0