“Neftçi”nin yarımmüdafiəçisi Tərzin Cahangirov daha bir klubun maraq dairəsinə düşüb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı futbolçunu indi də “Kəpəz” heyətinə qatmaq arzusundadı.
Ramiz Məmmədovun baş məşqçisi olduğu dönəmdə “Keşlə”nin almaq istədiyi Tərzin uğrunda mübarizədə hazırda “Kəpəz” təkdi. “Neftçi” də futbolçunu transferə çıxardığından, keçidin baş tutması real görünür. Lakin “ağ-qaralar” mövsümün sonuna qədər müqaviləsi olan Cahangirovu birdəfəlik, yoxsa icarə yolu ilə göndərmək variantını nəzərdən keçirir.
Qeyd edək ki, Tərzin Cahangirov “Neftçi”yə 2016-cı ilin yayında “Zirə”dən keçib.