[b]“Neftçi”yə qarşı meydanda başlayıb, zalda bitən hazırlıq[/b]
05.04.2018 - 00:47
Ötən turda “Qəbələ” ilə qarşılaşan “Sumqayıt” bir günlük istirahətin ardından məşqləri bərpa edib. Apasport.az saytının məlumatına görə, komanda saat 16:00-da doğma meydanda məşqə çıxıb.
Məşqin ilk hissəsində yüngül qaçış və toplu çalışmalara üstünlük verilib. Hazırlığa fitness zalında yekun vurulub.
“Kimyaçılar”ın növbəti məşqi sabah saat 15:30-da başlayacaq.
Qeyd edək ki, “Neftçi” – “Sumqayıt” qarşılaşması 8 aprel, saat 18:30-da 8-ci km qəsəbə stadionunda start götürəcək.
0
0