Rivaldo PSJ-nin forvardı Neymar haqqındakı fikirlərini bölüşüb. Apasport.az saytının məlumatına görə, Braziliya millisinin sabiq üzvü gənc ulduzun dünyanın ən yaxşı futbolçusu olması üçün iş yerini dəyişməli olduğunu deyib:
“Neymara bir gün dünyanın ən yaxşısı ola biləcəyini demişəm. Ancaq düşünürəm ki, PSJ-də qalacağı təqdirdə, buna nail ola bilməyəcək. PSJ-dən getməlidi. Ən yaxşı olmaq istəyirsə, İspaniyada oynamalıdı”.
Rivaldo Neymarın “Real”a keçmək ehtimalına da toxunub.
“Əsas məsələ turnirlərin səviyyəsidi. İngiltərə, İspaniya, İtaliya və Almaniya çempionatları fransızların çempionatından daha yaxşıdılar. Bunu dərk etmək lazımdı. Məlum situasiyaya görə yenidən “Barselona”da oynaması çətin görünür. Ancaq bildiyim qədəriylə, “Real”da oynamaq ehtimalı var. Orada dünyanın ən yaxşı oyunçusu ola bilər” – deyə, Rivaldo əlavə edib.