[b]“Neymar qayıtsa, ikiqat salto vuraram”[/b]
31.10.2017 - 14:16
[b]“Neymar qayıtsa, ikiqat salto vuraram”[/b]

Yay fasiləsində PSJ-yə keçən Neymarın “Barselona”ya qayıtmaq istəməsi ilə bağlı yayılan xəbərlərə Kataloniya klubunun baş məşqçisi Ernesto Valverde maraqlı şərh gətirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, təcrübəli mütəxəssis “sambaçı”nın yaxın müddətdə dönüşünün mümkünsüz olduğunu düşünür.

 

Valverde bununla bağlı qeyri-adi vəd verib: “Əgər Neymar “Barselona”ya qayıtsa, ikiqat salto vuraram. Neymarın dönüşü haqda gəlcəkdə ciddi şəkildə söhbət etmək olar. Ancaq indi onun qayıtması barədə danışmaq mənasızdı”.

 

Qeyd edək ki, Neymarın transferi “Barselona”ya 222 milyon avro qazandırıb.