[b]“Nokdaun”a düşənlər[/b]
07.04.2015 - 16:38
[b]“Nokdaun”a düşənlər[/b]

Topaz Premyer Liqasının arxada qalan 28 turunda 12 böyük hesablı nəticə qeydə alınıb. Apasport.az saytının məlumatına görə, 9 dəfə meydan sahibləri, 3 dəfə qonaqlar üç və ya daha çox top fərqi ilə qalib gəlib.

 

“İnter” hamıdan çox – 4 dəfə rəqiblərini “nokdaun”a salıb. “Qarabağ”, “Simurq” və “Xəzər Lənkəran”ın hərəsi iki dəfə belə uğura sevinib. “Neftçi” və “Qəbələ”nin cəmi 1 böyük hesablı qələbəsi var. Sonuncular da buna XXVIII turun AZAL-la görüşündə nail olub – 4:0.

 

Bu nəticə qonaqların cari çempionatdakı 4 top fərqli yeganə qələbəsidi. Ümumiyyətlə isə 12 belə hesabdan 6-da 4, 5-də 3, yalnız birində 7 top fərqi qeydə alınıb.

 

Ən çox darmadağın olanlara gəlincə, 12 belə nəticədən yarısı “Bakı”nın hesabındadı. Paytaxtın eyniadlı təmsilçisi 6 dəfə böyük hesaba üzülüb. AZAL-ın 3, “Qəbələ”nin 2 “Sumqayıt”ın 1 belə yenilgisi var.

 

Qeyd edək ki, “Simurq” və “İnter”in hərəsi iki dəfə “Bakı”nı böyükhesabla üstələyib.