[b]“Okjetpes”dən Azərbaycana[/b]
05.01.2018 - 15:11
[b]“Okjetpes”dən Azərbaycana[/b]

Yanvarın 10-dan 20-dək Türkiyənin Antalya şəhərində qadınlardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Apasport.az saytının məlumatına görə, hazırlıq prosesində 25 oyunçu iştirak edəcək.

 

Hazırlıq prosesinə ölkə xaricində çıxış edən futbolçular da dəvət alıb. Heyətdə Türkiyə, Rusiya, İspaniya, Gürcüstan, Almaniya, Qazaxıstan klublarından olan futbolçular millidə çıxış edəcək: Sude Topçu (“1207 Antalya Doşəməalti Bələdiyyə Spor”, Türkiyə), Günay İsmayılova (“Beşiktaş”, Türkiyə), Diana Məmmadova (CYSS, Rusiya), Sevinc Cəfərzadə (“Donçanka”, Rusiya), Ayşən Əhmədova, Vüsalə Seyfətdinova, Rövşanə Sərdarlı (hamısı “Gənclik”), Nigar Abdulova, Roza Quliyeva, Firəngiz Teymurova (hamısı “Keşlə”), Manə Mollayeva (“Kubanoçka”, Rusiya), Güləmbər Qasımova (“Qəbələ”), Nataliya Rodelqo (“Qranada”, İspaniya), Kamilla Məmmədova, Cəmilə Hüseynova (hər ikisi “Qubek”), Nino Qurqenidze (“Martve”, Gürcüstan), Hatice Ozdemir (“Montabaur”, Almaniya), Aytac Şərifova, Kristina Bakarandze (hər ikisi “Okjetpes”, Qazaxıstan), Lusia Sançez (“Rayo Vallekano”, İspaniya), Vüsalə Hacıyeva, Jalə Məhsimova, Arzu Əliyeva, Aysun Əliyeva (hamısı “Sumqayıt”), Həqiqət Qasımova (“Təhsil”).

 

0