“Olimpiakos”un prezidenti Evangelos Marinakis futbolçularını qeyri-adi formada cəzalandırıb. Apasport.az saytı xarici mətbuata istinadla xəbər verir ki, klub rəhbəri oyunçuların bir hissəsini mövsüm başa çatmamış tətilə göndərib. Üstəlik, futbolçular 400 min avro məbləğində cərimələnib.
Marinakis bu addımı atmasına komandanın çıxışından razı qalmamasıdı.
Belə ki, “Olimpiakos” son 8 oyunda cəmi 3 qələbə qazanıb. Vaxtından əvvəl istirahətə göndərilən futbolçuları gənclərdən ibarət heyətin üzvləri əvəzləyəcək. Komandanın prezidenti 3 il öncə də futbolçuları 500 min avro cərimələmişdi.
Qeyd edək ki, 44 qat Yunanıstan çempionu “Olimpiakos” cari mövsümdə 3-cü sırada yer alıb.