Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki AÇ-2016-nın final oyunu ilə bağlı fikirlərini bölüşüb. Apasport.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis UEFA-nın rəsmi saytına açıqlamasında Portuqaliyanın qalib gələcəyini düşündüyünü deyib.
“Portuqaliya millisi parlaq oyun göstərmir, ancaq lazım olan nəticəni əldə edə bilir. Baş məşqçiləri turnirin qalibi olmaq üçün lazım olan hər şeyi edir. Santuş hücum futbolunun tərəfdarı olmasa da, nəticə qazanmağı sevir. Onların Avropa çempionu olmaq üçün cəmi bir addım atmaqları qalıb” – deyə millimizin çalışdırıcısı bildirib.