[b]“Onlara “çox sağ ol” deyirəm” – Vəli Qasımov[/b]
11.05.2016 - 20:13
[b]“Onlara “çox sağ ol” deyirəm” – Vəli Qasımov[/b]

“Kəpəz”i avrokuboklara vəsiqə qazanması münasibətlə təbrik edirəm. Mən özüm Gəncə şəhərindənəm, arzu edirəm ki, “Kəpəz” Avropa Liqasının qrup mərhələsində oynasın”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Vəli Qasımov deyib.

 

Topaz Premyer Liqasının XXXIV turu çərçivəsində səfərdə “Kəpəz”lə qarşılaşan “ağ-qaralar”ın çalışdırıcısı 2:1 hesablı qələbəni şərh edib: “Bugünkü qarşılaşmaya gəlincə, ilk hissədə oyunumuz alınmadı, amma fasilədən sonra yaxşı oynadıq və qələbə qazandıq. Çalışacağıq ki, növbəti oyunlarda da azarkeşlərimizi sevindirək. Yeri gəlmişkən, azarkeşlərimiz uzun yol gəlmişdilər, dəstək olduqlarına görə onlara "çox sağ ol” deyirəm”.

 

(klub saytı)

0