[b]“Onların sayəsində özümü hələ də gənc sayıram” - Luçesku[/b]
08.11.2017 - 16:14
[b]“Onların sayəsində özümü hələ də gənc sayıram” - Luçesku[/b]

“Futbolçular ətraflarındakı insanlara hörmət etməli olduqlarını anlamalıdılar. Bu mənim üçün çox önəmlidi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Türkiyə yığmasının baş məşqçisi Mirça Luçesku deyib.

 

UEFA-nın saytına danışan rumıniyalı mütəxəssis maraqlı fikirlər səsləndirib.

 

O, işlədiyi fərqli ölkələrdə futbolçuların ortaq nöqtələrini özü üçün müəyyənləşdirdiyini bildirib: “Bu vaxta qədər xeyli sayda gənc oyunçu ilə çalışmışam. Ən böyük qürurum cavanlardan çoxunu lazımi davranışa çatdıra bilməyimdi. 30-31 yaşımdan bəri gənclərlə çalışmışam. Onların sayəsində özümü hələ də gənc sayıram. Məni belə davranmağa məcbur etdilər. Gənclər mənə çox şey verdilər”.

 

Luçesku karyerası ərzində bir çox ölkədə çalışdığını, lakin bunun ona problem yaratmadığını bildirib: “Xeyli ölkədə işləmişəm. Hər dəfə yer dəyişikliyi etmək çətin gəlib. Çünki bu ölkələrin hər birində əcnəbisiz. Qəbul edilmək üçün yaxşı nəticə vermək məcburiyyətindəsiz. Hər ölkənin yaşayış tərzinə, mədəniyyətinə uyğunlaşmağa çalışmışam. Heç bir şeyi dəyişə bilmədiyiniz üçün insanlara uyğunlaşmaq lazım gəlir. Mən də bunu həmişə zövqlə etmişəm. Bu səbəbdən də işlədiyim yerlərdə heç vaxt adaptasiya problemi ilə üzləşməmişəm. Hər futbolçu ilə öz dilində danışmaq önəmlidi. Oyunçularla yaxşı münasibət qurmağa çalışıram. Özünüzü ifadə edə bilmirsizsə, nəticə əldə etmək mümkün deyil”.

 

Qeyd edək ki, karyerası ərzində Rumıniya yığmasını, həmçinin “Breşia”, “Rapid”, “İnter”, “Qalatasaray”, “Beşiktaş”, “Şaxtyor” və “Zenit” klublarını da çalışdırmış 72 yaşlı mütəxəssis bu ildən Türkiyə millisinin “sükanı arxası”ndadı.

0