[b]“Oyun keyfiyyəti baxımından rəqibdən geri qaldıq” – Yaşar Vahabzadə[/b]
13.10.2015 - 22:34
[b]“Oyun keyfiyyəti baxımından rəqibdən geri qaldıq” – Yaşar Vahabzadə[/b]

“Ötən oyun böyükhesablı məğlubiyyətə uğradığımız üçün komandada psixoloji vəziyyət yaxşı deyildi. Futbolçularla istər fərdi, istərsə də komanda şəklində söhbətlər apardıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın U-21 milli komandasının baş məşqçisi Yaşar Vahabzadə deyib.

 

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində bu gün “Dalğa Arena”da keçirilmiş və yığmamızın 0:1 hesablı məğlubiyyəti ilə başa çatmış Azərbaycan – Finlandiya oyunundan sonra təşkil olunmuş mətbuat konfransında komandamız baş məşçqisi matç haqqında fikirlərini bölüşüb: “Bugünkü oyun göstərdi ki, komandada qələbə istəyi vardı və futbolçular əzmlə mübarizə apardılar. Bəlkə də oyun keyfiyyəti baxımından rəqibdən geri qaldıq. Bunun səbəbi xeyli sayda zədəli futbolçumuzun olmasıdır. Heyətdəki çətinliklərlə bağlı hücum planında istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Hətta bu oyunda start heyətin heç bir futbolçusu əvəz olunmadı. Çünki hücumda daha yaxşı oynamağa ehtiyacımız olsa belə, ehtiyat oyunçular skamyasındakı futbolçuların hamısı müdafiəyəmeyilli oyunçular idi”.

0