“Qarabağ”ı çempionluq münasibətilə təbrik edirəm. Bəzi çətinliklərimiz, müdafiədə problemlərimiz var idi. Xüsusilə müdafiənin cinahlarında, İlkin Qırtımov və Slavik Alxasovun yoxluğu öz təsirini göstərdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.
Azərbaycan Premyer Liqasının XXVI turunda “Qarabağ”la qarşılaşan paytaxt təmsilçisi 0:3 hesablı məğlubiyyətə üzülüb.
Oyun başa çatdıqdan sonra gürcü çalışdırıcı jurnalistlərin suallarını cavablandırıb: “Yaxşı ki, vaxtından əvvəl 3-cü pilləni təmin etdik. Yoxsa bizim üçün çətin olardı”.
- Növbəti iki tur “İnter” üçün hansı əhəmiyyət kəsb edəcək?
- Növbəti iki oyunda ola bilsin, gənc oyunçulara üstünlük verək. Oyunçular çox yorulublar. Bizdə həm də, transfer qadağası var. Gənc oyunçulara şans verilməsi həm də bu cəhətdən əhəmiyyət kəsb edir.
- Rauf Əliyev əvəzlənərkən, sərt şəkildə etiraz etdi. Bununla bağlı onunla söhbət edəcəksiz?
- Elə də ciddi etiraz etmədi. Hamı oynamaq istəyir. Sadəcə, o, yorulmuşdu, buna görə onu əvəz etdim.