UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Qəbələ” ilə cavab matçına çıxacaq “Panatinaikos”da birgünlük istirahət başa çatıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Yunanıstan təmsilçisi dünəndən etibarən məşqlərini bərpa edib.
Futbolçular ilk olaraq trenajor zalında hazırlıq keçiblər. “Qəbələ” ilə ilk oyunda əsas heyətdə yer alan futbolçular ayrı məşq ediblər. Zədəsini yenicə sağaldan Giorgos Kutroubis fərdi hazırlıqla kifayətlənib və onun Bakıya gələcək heyətdə yer alması gözlənilmir.
Qeyd edək ki, “Qəbələ” – “Panatinaikos” qarşılaşması avqustun 3-də 8-ci km qəsəbə stadionunda keçiriləcək. Bu komandalar arasında Yunanıstanda baş tutan ilk görüşdə meydan sahibləri 1:0 hesablı qələbə qazanıblar.
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
- “Real” Haaland transferində “Barselona”nı qabaqlayır