[b]“Panatinaikos” nəinki qrupa yüksələcək...”[/b]
01.08.2017 - 16:24
[b]“Panatinaikos” nəinki qrupa yüksələcək...”[/b]

“İndi çox adam “Panatinaikos” haqda danışır. Bu komandanın böyük potensialı var”. Apasport.az saytının məlumatına görə, bunu “Panatinaikos”un keçmiş futbolçusu Sterqos Marinos deyib.

 

Hazırda “Şarlerua”nın formasını geyinən 30 yaşlı müdafiəçi sabiq komandası “Panatinaikos”un indiki durumunu dəyərləndirib. Yunanıstan millisinin üzvü “Qəbələ”nin rəqibinin minimum qrupa qədər irəliləyəcəyini proqnozlaşdırıb.

 

2013-cü ildə Belçika klubuna məhz “Panatinaikos”dan keçən təcrübəli oyunçu keçmiş komandasının getdikcə gücləndiyi qənaətindədi: “Panatinaikos” Yunanıstanın ən yaxşısı olmaq və avrokuboklarda xeyli məsafə qət etmək iqtidarındadı. İnanıram ki, bu klub yenidən əvvəlki əzəmətini qaytaracaq. Baş məşqçi Marinos Ozunidis də bacarıqlı gənclərə şans verən mütəxəssisdi. Karyeramın ən yaddaqalan illərini orda keçirmişəm. Onlar ən gözəlinə layiqdilər. İnanıram ki, Avropa Liqasında nəinki qrup mərhələsinə yüksələcək, hətta daha da irəliləyəcəklər”.

 

Qeyd edək ki, Avropa Liqasının III təsnifat mərhələsində “Qəbələ” ilə qarşılaşan “Panatinaikos” avqustun 3-də Bakıda cavab matçına çıxacaq. Bu komandalar arasında Afinada baş tutan ilk qarşılaşmada meydan sahibləri 1:0 hesablı qələbə qazanıblar.