[b]“Parma” yenidən A seriyasında[/b]
19.05.2018 - 10:04
[b]“Parma” yenidən A seriyasında[/b]

“Parma” yenidən A seriyasına qayıdıb. Apasport.az saytının məlumatına görə, komanda buna B seriyasının son turunda “Spezia” üzərində 2:0 hesablı qələbə qazanaraq nail olub.

 

Nəticədə 42 turdan sonra 72 xalla ikinci pillədə qərarlaşan klub A seriyasına vəsiqəni təmin edib. 2015-ci ildə iflasa uğrayaraq D seriyasında iştirak etməli olan “Parma” hər mövsüm bir liqa yüksəlməyi bacarıb.

 

Qeyd edək ki, “Parma” ilə yanaşı, B seriyasının qalibi “Empoli” də elitaya adlayıb.