[b]“Pitbull” “Qalatasaray”a qayıdır?[/b]
18.04.2016 - 16:19
[b]“Pitbull” “Qalatasaray”a  qayıdır?[/b]

“Qalatasaray” klubu sabiq futbolçusu Felipe Melonu geri qaytara bilər. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi “İnter”dən ayrılıb, “cim-bom”a dönməyə hazırdı.

 

Bu barədə yerli radiolardan birində qonaq olan, Melonun dostu Ümit Akbulut məlumat verib. O, “sambaçı”nın Türkiyə üçün darıxdığını və “Qalatasaray”a qayıtmaq istədiyini bildirib: “Melo İtaliyada peşəkar futbol həyatını davam etdirir. Orda işləri pis getmir. Amma Türkiyədəki qədər xoşbəxt deyil. “Qalatasaray”la bağlı sosial şəbəkədə tez-tez paylaşımlar edir, “cim-bom” formasındakı şəkillərini yerləşdirir. Qısası, burdakı günlərini unuda bilmir. Ona təklif edilsə, 2 dəqiqə düşünmədən “Qalatasaray”a qayıdar. Mənimlə söhbətində də bu klub üçün darıxdığını dedi”.

 

Türkiyə mətbuatında “Qalatasaray” rəhbərliyinin də “Pitbull” ləqəbli futbolçunu geri qaytarmaq fikrinə düşdüyü bildirilir. 

 

Qeyd edək ki, 2011-2015-ci illərdə “sarı-qırmızılar”ın formasını geyinən Melo bu komandanın heyətində 154 oyunda 18 qola imza atıb. 

0