[b]“Qalatasaray” adı millimizlə hallanan baş məşqçini istəyir[/b]
08.11.2014 - 22:14
[b]“Qalatasaray” adı millimizlə hallanan baş məşqçini istəyir[/b]

Bosniya və Herseqovina millisinin baş məşqçisi Safet Suşiç "Qalatasaray"dan təklif alıb. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcının özü bu xəbəri təsdiqləyib.

 

O, bununla bağlı yayılan iddialara münasibət bildirib. Lakin Suşiç Bosniya və Herseqovina yığmasından getmək istəmir: “Düzdü, "Qalatasaray" nümayəndələri mənimlə danışıqlar aparıblar. Onlar mənə İstanbul klubunda çalışmağımı təklif etdilər. Ancaq mən müqaviləmin müddəti başa çatana qədər milli komandada işləyəcəm”.

 

Qeyd edək ki, daha əvvəl Safet Suşiçin adı Azərbaycan millisi ilə də hallanırdı. Bu haqda saytımıza müsahibə verən mütəxəssis AFFA-dan konkret təklif almadığını bildirmişdi.