[b]“Qalatasaray” Milan nəhəngləri ilə razılaşmır[/b]
06.04.2018 - 22:01
[b]“Qalatasaray” Milan nəhəngləri ilə razılaşmır[/b]

Türkiyəli futbolçu Sərdar Aziz karyerasını A seriyasında davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, “Qalatasaray”lı üçün Milan klubları hərəkətə keçiblər.

 

Nəhənglər – “İnter” və “Milan” arxa xətt oyunçusunu heyətində görməkdə maraqlıdı. Artıq “İnter”in müdafiəçiyə görə “Qalatasaray”a rəsmi təklif göndərdiyi də bildirilir.

 

İddiaya əsasən, “İnter” futbolçunu transfer etmək üçün 6 milyon avro ödəməyə hazırdı. Ancaq “Qalatasaray”ın bu məbləğlə razılaşmadığı deyilir.

 

Belə ki, “cimbom” Sərdarın satışından ən azı 10 milyon avro qazanc əldə etməyi planlaşdırır.