[b]“Qalatasaray”da ayrılıq[/b]
13.06.2017 - 17:43
[b]“Qalatasaray”da ayrılıq[/b]

“Qalatasaray” təcrübəli müdafiəçi Sabri Sarığlu ilə yolları ayırıb. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi 33 yaşlı futbolçu ilə əməkdaşlığı davam etdirmək istəməyib.

 

Bu səbəbdən müqaviləsinin müddəti mayın 31-də başa çatan Sabriyə yeni sözləşmə təklif edilməyib.

 

“Qalatasaray”ın yetirməsi olan Sabri 2003-cü ildən əsas komandada çıxış edirdi. O, “cim-bom”un heyətində 466 oyun keçirib və aktivinə 23 qol, 51 assist yazdırıb.

 

Qeyd edək ki, bu müddətdə 15 baş məşqçinin rəhbərliyi altında oynamış Sabri İstanbul təmsilçisində 15 kubok qazanıb.

0