Yay fasiləsinin ən fəal komandalarından olan “Qalatasaray” transfer fəaliyyətini yekunlaşdırıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, “sarı-qırmızılılar” heyətdə “təmizləmə işləri” aparmağa hazırlaşır.
Türkiyədə “transfer pəncərəsi”nin son günü olduğundan, “cim-bom” komandadan ayrılacaq oyunçuları artıq müəyyənləşdirib. Baş məşqçi İqor Tudor ixtiyarında görmək istəmədiyi futbolçuların siyahısını artıq rəhbərliyə təqdim edib və onlarla gün ərzində yolların ayrılması gözlənilir. Həmin oyunçular Naycel de Yonq, Hakan Balta, Rayan Donk, Əndoğan Adili və Umut Gündoğandı.
Rəhbərlik son gündə onlar üçün digər klublardan təklif gözləyir. Əks təqdirdə adıçəkilən futbolçularla müqaviləyə xitam veriləcək.
- Yasin Kol və Göktuğ Hazar Erel məhkəməyə göndərildi
- “Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu