“Qalatasaray” heyətinə daha iki oyunçu cəlb edib. Apasport.az saytının məlumatına görə, İstanbul klubu Türkiyədə transfer mövsümünün sonuna bir gün qalmış növbəti transferlərinin keçidini həll edib.
“Sarı-qırmızılar” qapıçı və müdafiənin sol cinahı mövqelərinə oyunçu alıblar. Uzun müddətdir Fernando Musleraya əvəzləyici axtaran “aslanlar” “Bordo”dan ayrıldıqdan sonra azad agentə çevrilən Sedrik Karraskonu rənglərinə bağlayıb. 35 yaşlı əlcək sahibi ilə 2 illik müqavilə imzalanacaq. Karrasko yeni klubunda ilinə 600 min avro qazanacaq.
“Cim-bom”un ikinci transferi isə Super Liqadan olub. “Karabükspor”un rumniyalı müdafiəçisi Yasmin Latovleviçi də karyerasını “Qalatasaray”da davam etdirəcək. Onunla müqavilənin şərtləri barəsində isə məlumat açıqlanmayıb.
- Yasin Kol və Göktuğ Hazar Erel məhkəməyə göndərildi
- “Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu