[b]“Qalatasaray”da yeni baş məşqçi[/b]
28.11.2014 - 18:30
“Qalatasaray” klubu italiyalı baş məşqçi Çezare Prandelli ilə müqavilənin ləğv olunduğunu rəsmən açıqlayıb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, klubun rəsmi nümayəndəsi Əli Dürüst Prandellinin müqaviləsini ləğv etdiklərini bildirib.
Dürüst yeni baş məşqçinin adını da açıqlayıb. O, Türkiyə milli komandasının baş məşqçi köməkçisi Hamza Hamzaoğlu ilə anlaşdıqlarını bəyan edib. Hələlik H. Hamzaoğlu ilə rəsmi müqavilə imzalanmasa da, onun bu mövsümün sonuna qədər komandanı çalışdıracağı və uğurlu nəticə əldə edərsə, vəzifəsində qalacağı xəbər verilir.
Qeyd edək ki, H. Hamzaoğlu keçmiş futbolçudur və 1991-1995-ci illərdə “Qalatasaray”ın heyətində çıxış edib. Baş məşqçi kimi “Malatyaspor”, “Eyüpspor”, “Dənizlispor” və “Akhisar Bələdiyyəspor” komandalarını çalışdırıb.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0