[b]“Qalatasaray”ın hücumçusunun atası terrorda dünyasını dəyişdi[/b] - FOTO
14.03.2016 - 14:13
[b]“Qalatasaray”ın hücumçusunun atası terrorda dünyasını dəyişdi[/b] - FOTO

“Qalatasaray”ın hücumçusu Umut Bulutun atası Kamal Bulut Ankarada törədilən partlayış nəticəsində ölüb. APA-nın xəbərinə görə, K. Bulut dünən keçirilən “Gənclərbirliyi” - “Qalatasaray” oyununa baxmaq üçün Ankaraya gedib.

 

Partlayış o, oyundan sonra evinə qayıdarkən baş verib.

 

Qeyd edək ki, dünən Ankaranın mərkəzində törədilən partlayış nəticəsində 37 nəfər ölüb, 120-dən çox şəxs yaralanıb. Hadisəni törədən şəxsin PKK terror təşkilatının üzvü, universitet tələbəsi Səhər Çağla Dəmir olduğu müəyyənləşib. O, partlayıcı qurğu yerləşdirilmiş oğurluq avtomobili avtobus dayanacağında partladıb.