“Nelson Bonillanın yoxluğu bugünkü matçda özünü göstərdi. Nurlan Novruzov əlindən gələni etsə də, Bonillanı əvəzləyə bilmədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Adil Şükürov deyib.
Topaz Premyer Liqasının XXVII tur çərçivəsində “Kəpəz”in qonağı olan “Zirə” meydandan məğlub ayrılıb – 0:2.
Matçdan sonra “CBC-Sport” telekanalına açıqlama verən Şükürov bunları deyib: “Gəncədə oynamaq həmişə çətindi. “Kəpəz”, həqiqətən də, böyük komandadı. Bu gün oyunumuz istədiyimiz kimi alınmadı. Qapımıza təyin edilən 11 metrlik cərimə zərbəsi planlarımızı korladı. Məncə, hakim həmin epizodda haqlı idi. Cərimə meydançası daxilində rəqib futbolçuya toxunuş var idi. Hesabda geri düşdükdən sonra böyük qüvvə ilə irəli atıldıq. Nəticədə qapımızdan ikinci topu buraxdıq. Məğlub olsaq da, uşaqlar sona qədər mübarizə apardılar”.