[b]“Qarabağ” - 64 gün sonra[/b]
18.10.2017 - 23:45
[b]“Qarabağ”  - 64 gün sonra[/b]

“Qarabağ” avrokuboklardakı uğursuzluq zolağından çıxıb. Apasport.az saytının məlumatına görə, ardıcıl 3 məğlubiyyət alan Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasının qrup mərhələsinin “Atletiko” ilə III tur matçında 1 xal qazanıb.

 

Bakıdakı qolsuz bərabərliyə qədər Azərbaycan çempionu son qələbəsini 64 gün öncə qazanmışdı. Avqustun 15-də “Qarabağ” Bakıda “Kopenhagen”i yenmişdi – 1:0.

 

Bundan sonra həmin rəqibə Danimarkada 1:2, “Çelsi”yə səfərdəki qrup matçında 0:6 hesabı ilə uduzan komandamız 3 həftə öncə Bakıda “Roma”ya yenilmişdi – 1:2.