Topaz Premyer Liqasının XXXI turunun hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, sabah keçiriləcək qarşılaşmalardan ikisində 4, ikisində 6 hakim olacaq.
Liderlər qrupunda qərarlaşan “Qarabağ”la “Neftçi” arasında mərkəzi oyunu Fariz Yusifov idarə edəcək. FİFA referisi Orxan Məmmədov isə görüşün əlavə köməkçi hakimlərindən biri olacaq.
Digər beynəlxalq dərəcəli hakim Rəhim Həsənov “Xəzər Lənkəran” – “Qəbələ” matçında ədaləti qoruyacaq. Hakimlər Komitəsi bu turda Əliyar Ağayevə təyinat verməyib.
Topaz Premyer Liqası
XXXI tur
25 aprel (şənbə)
17:00. “Xəzər Lənkəran” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Rahil Ramazanov, Nahid Əliyev, Munis Abdullayev
“Xəzər Lənkəran” Mərkəzi stadionu
17:00. “Sumqayıt” – “Simurq”
Hakimlər: Ömər Paşayev, Rəvan Həmzəzadə, Azər Əsgərov, Cavanşir Yusifov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Əhmədov
“Kapital Bank Arena”
18:00. “İnter” – AZAL
Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, Coşqun Həsənov, Etibar Həsənov
“İnter Arena”
19:00. “Qarabağ” – “Neftçi”
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Elşən Acalov, Elman Musayev
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Vüsal Əliyev
“Bakcell Arena”
Mənbə: affa.az