Bu gün UEFA Çempionlar Liqasında mübarizəyə qoşulacaq “Qarabağ”ın oyununa maraq gözlənilən qədər deyil. Apasport.az saytının məlumatına görə, Monteneqro çempionu “Rudar”la qarşılaşmada Tofiq Bəhramov adına Respublika stadionu tribunalarının tam dolması gözlənilmir.
Çünki qarşılaşmanın startına bir neçə saat vaxt qalsa da, hələ də bilet satışı istənilən səviyyədə deyil. Belə ki, bu günə olan məlumata görə, 17 min bilet satılıb. 30 min biletin satışa çıxarıldığını nəzərə alsaq, bunun o qədər də böyük rəqəm olmadığını görərik.
Qeyd edək ki, “Qarabağ” – “Rudar” oyunu saat 21:30-da başlayacaq.
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi
- “Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
- “Fənərbaxça”nın futbolçusu əməliyyat olunub - 2 ay oynamayacaq