[b]“Qarabağ” – özü Bakıda, qulağı Qəbələdə[/b]
14.05.2015 - 10:32
[b]“Qarabağ” – özü Bakıda, qulağı Qəbələdə[/b]

Sabah Topaz Premyer Liqasında XXXIV tura start veriləcək. Apasport.az saytının məlumatına görə, iki gün davam edəcək turun ilk qarşılaşmasında “Simurq”la “Bakı” üz-üzə gələcək.

 

Çempionatda iddiası qalmayan rəqiblərin görüşü daha çox bombardirlərin dueli ilə əlamətdar olacaq. Premyer Liqanın sonuncusu olub, aşağı dəstəyə yuvarlanmağı rəsmiləşən “Bakı”nın qol silahı Nurlan Novruzov bombardirlər yarışındakı ən yaxın izləyicisi Draqan Çeranla üz-üzə gələcək. 3 oyuna 3 qolluq fərqi aradan qaldırmalı olan sonuncu 5-ci yer üçün mübarizə aparan “Simurq”un 5 matçlıq məğlubiyyət seriyasını qırmaqda da kömək etməlidi.

 

İkinci oyun günü də iddiasızların matçı ilə start götürəcək. “Simurq”la ilk “beşliy”ə düşmək üçün mübarizə aparan AZAL 7-ci pillədəki mövqeyini qorumağa çalışan “Xəzər Lənkəran”ın qonağı olacaq. Meydan sahibləri cari mövsümdə məğlub edə bilmədiyi rəqiblə qarşılaşmalardakı uğursuz seriyaya son qoymaq əzmindədi. Son 5 görüşdə qalib gələ bilməyən cənublular doğma azarkeşləri önündə istəyinə çatmağa çalışacaq.

 

Turun digər iki qarşılaşması eyni vaxtda başlayacaq. Çempionluğun taleyinin həll oluna biləcəyi oyunlardan biri Qəbələ, digəri Bakıda keçiriləcək. Əyalətdəki matç turun mərkəzi görüşü olacaq. Burada avrokuboklara yollanacaq iki komanda – “Qəbələ”ylə “İnter” üz-üzə gələcək.

 

Bürünc mükafat uğrunda “Neftçi” ilə mübarizə aparan Roman Qriqorçukun yetirmələri paytaxt təmsilçisinin 5 qələbədən ibarət seriyasını dayandırmağa çalışacaq. Bakılılar isə 10 oyunda yenilməyən rəqibindən 3 xal almalıdı ki, çempionluq yarışından qopmasın. Düzdü, “İnter” qalib gəlməsə də, nəzəri şanslarını saxlaya bilər. Amma bunun üçün bakılılar “Sumqayıt”ın lideri büdrətməyinə ümid etməlidi.

 

“Bankirlər”in xal itkisi “Bakcell Arena”da çempionluğun bayram edilməsi ilə də nəticələnə bilər. Burada “Sumqayıt”ın sınağa çəkəcək “Qarabağ”ın bir qulağı Qəbələdə olacaq.

 

Ağdamlılar qalib gəlsə, “İnter”in istənilən xal itkisi Qurban Qurbanovun yetirmələrinə ardıcıl 2-ci qızıl medalları qazandıracaq. Ardıcıl 2 heç-heçə edən “Qarabağ” 1 xalla da qızıl medalları təmin edə bilər. Bunun üçün Qəbələdə meydan sahiblərinin qələbə qazanması lazımdı. Digər hallarda isə çempionluq intriqası ən azı növbəti turadək davam edəcək.

 

Qeyd edək ki, XXXIV turda “Neftçi” istirahət edəcək.

 

XXXIV tur

15 may (cümə)

17:00. “Simurq” – “Bakı”

İlk 3 dövrədəki oyunlar: 1:2, 5:2, 3:0
Zaqatala şəhər stadionu

16 may (cümə)

18:00. “Xəzər Lənkəran” – AZAL
İlk 3 dövrədəki oyunlar: 1:1, 1:1, 1:3
“Xəzər Lənkəran” mərkəzi stadionu

 

20:00. “Qəbələ” – “İnter”
İlk 3 dövrədəki oyunlar: 0:4, 1:1, 2:1
Qəbələ şəhər stadionu

20:00. “Qarabağ” – “Sumqayıt”
İlk 3 dövrədəki oyunlar: -:+, 2:0, 2:1
“Bakcell Arena”

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

 Qarabağ

30

19

8

3

49-26

65

2

İnter

29

16

11

2

51-15

59

3

Qəbələ

30

14

8

8

42-34

50

4

Neftçi

 30

 13

 8

9

37-32

47

5

Simurq  

29

10

5

14

37-34

35

6

AZAL 

29

9

8

12

31-40

35

7

Xəzər L 

29

7

7

15

34-44

28

8

Sumqayıt

29

5

10

14

27-41

25

9

Bakı

29

3

8

18

19-61

16

 

Bombardir: Nurlan Novruzov (“Bakı”) – 15.