[b]“Qarabağ” “Legiya” ilə qarşılaşacaq[/b]
19.12.2017 - 18:30
[b]“Qarabağ” “Legiya” ilə qarşılaşacaq[/b]

“Qarabağ”ın Antalyada yoxlama görüşü keçirəcəyi rəqiblərdən birinin adı bəlli olub. Apasport.az saytı xəbər verir ki, Ağdam klubu “Legiya” (Qdansk) ilə üz-üzə gələcək.

 

Polşa təmsilçisinin rəsmi saytında yerləşdirilən məlumatda matçın yanvarın 20-də keçiriləcəyi yazılıb.

 

Qeyd edək ki, “Qarabağ” Türkiyəyə yanvarın 9-da gedəcək.