[b]“Qarabağ” “Neftçi”nin futbolçusu ilə gücləndi - iştirak ərizəsində yeni sima[/b]
06.09.2017 - 14:36
[b]“Qarabağ” “Neftçi”nin futbolçusu ilə gücləndi - iştirak ərizəsində yeni sima[/b]

“Qarabağ” Gənclər Liqasında mübarizə aparacaq U-19 komandasının heyətini UEFA-ya təqdim edib. Apasport.az xəbər verir ki, qitə futbol qurumu artıq təmsilçimizin 40 futbolçudan ibarət heyətini açıqlayıb.

 

Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda turnirə 4 qapıçı, 11 müdafiəçi, 19 yarımmüdafiəçi və 6 hücumçu sifariş edib.

 

“Qarabağ”ın 35 yaşlı müdafiəçisi əsas heyətlə Çempionlar Liqasında oynayacağından onun Azərbaycan çempionu etdiyi U-19-u Gənclər Liqasında Aftandil Hacıyev çıxaracaq. Digər klublardan dəvət olunmuş futbolçularla güclənən çempion ölkə xaricindən də oyunçu gətirib.

 

Gürcüstandan İbrahim Hüseynov, Ukraynadan Yaroslav Deda, həmçinin 2 makedoniyalı – Oliver Stoymenovski və Boyan Miovski “Qarabağ”ın uğurları üçün çalışacaq. Komandanın ən gənc futbolçusu isə 15 yaşlı Musa Qurbanlıdı. Ağdamlıların əsas komandasının baş məşqçisi Qurban Qurbanovun oğlu neçə illər “Neftçi”də çıxış etsə də, Gənclər Liqasında “Qarabağ”a kömək edəcək.

 

Qapıçılar: 1. Məmməd Hüseynov, 12. Nicat Mehbalıyev, 25. Rəhim Rəhimli, 26. Əfqan Fərruxlu

 

Müdafiəçilər: 2. Yusif Həsənov, 3. Rahid Ağazadə, 4. Əsgər Hüseynov, 6. Elçin Əsədov, 7. Turan Manafov, 14. İbrahim Hüseynov, 21. Oliver Stoymenovski, 27. Nihad Quliyev, 28. Samir Ağakişiyev, 30. Bəşir Ayralov, 39. Aslan Bədəlzadə

 

Yarımmüdafiəçilər: 6. Əli Əliyev, 8. Nicat Süleymanov, 10. Famin Əliyev, 11. Zaur Fərzəliyev, 13. Davud Mahmudov, 15. Pilağa Mehdiyev, 16. İbrahim Qədirzadə, 17. Ülvi İbrahimov, 18. Süleyman Əhmədov, 19. Boyan Miovski, 20. Akif Hümbətzadə, 22. Taleh Rzayev, 24. Yaroslav Deda, 29. Bilal Hüseynli, 30. Kənan Qasımov, 31. Nicat Quluzadə, 35. Tural Bayramov, 37. Nurlan Xəlilov, 38. Hüseyn Əhmədov

 

Hücumçular: 9. İbrahim Əliyev, 23. Nicat Məmmədov, 32. Xəqani Sadıqov, 33. Musa Qurbanlı, 34. Turan Vəlizadə, 40. Misir Rüstəmov

 

Baş məşqçi: Aftandil Hacıyev

 

Qeyd edək ki, “Qarabağ” “Çelsi”, “Atletiko” və “Roma” ilə qarşılaşacaq. 

0