[b]“Qarabağ” “Qəbələ”ni keçdi[/b]
17.11.2014 - 13:58
[b]“Qarabağ” “Qəbələ”ni keçdi[/b]

“Araz-Naxçıvan”ın fəaliyyətini dayandırması əvəzedicilərin çempionatına da təsir edib. Apasport.az saytının məlumatına görə, bölgə təmsilçisinin burada keçirdiyi 10 görüşün nəticəsi ləğv olunub.

 

1 qələbə, 2 heç-heçə və 7 məğlubiyyəti olan Naxçıvan klubunun rəqibləri onlarla matçlarda qazandıqlarından məhrum olub. “Qəbələ” 4, “Neftçi” 1, digər komandalar 3 xalla vidalaşıb. “Araz-Naxçıvan”a uduzan “Sumqayıt” isə komandaların sayının azalması sayəsində 10-cu yeri tərk edib. Bunun nəticəsində turnir cədvəlində “Qarabağ” “Qəbələ”ni, “Neftçi” AZAL-ı arxada qoyub.

 

Bombardirlər yarışında “üçhakimiyyətlik” yaranıb. Buna naxçıvanlıların vurduğu 9, buraxdığı 26 qolun da ləğv edilməsi səbəb olub. Mirsahib Abbasov 3, Fuad Məmmədzadə 1 dəfə naxçıvanlıların qapısına yol tapdığından onların qol sayı 7-yə enib.

 

 

N

Klublar

O

Q

H

M

T-F

X

*

1

İnter

10

6

2

2

25-13

20

4:3

2

Qarabağ

9

6

0

3

17-12

18

4:0

3

Qəbələ

9

6

0

3

13-12

18

4:1, 0:0

4

Simurq

10

5

2

3

20-11

17

5:0

5

Xəzər Lənkəran

10

5

2

3

16-13

17

4:0

6

Neftçi

9

3

2

4

14-15

11

1:1

7

AZAL

9

2

4

3

8-11

10

1:0

8

Bakı

10

2

1

7

19-21

7

2:1

9

Sumqayıt

10

0

3

7

9-33

3

1:3

 

 

* - “Araz-Naxçıvan”la oyunların nəticələri

 

Bombardirlər: Mirsahib Abbasov ("İnter"), Fuad Məmmədzadə ("Qarabağ"), Cavidan Muxtarzadə ("Neftçi") - 7 qol