[b]“Qarabağ” “Ştutqart”la qarşılaşacaq[/b]
20.06.2015 - 23:46
“Qarabağ” Avstriyada keçirdiyi təlim-məşq toplanışı çərçivəsində 3 və ya 4 yoxlama oyunu keçirməyi planlaşdırır. Apasport.az saytının məlumatına görə, ağdamlılar Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununa qədər iyunun 30-u, iyulun 3-ü, 7-si və 8-də hazırlıq oyununa çıxmağı düşünür.
Artıq ayın son gününə təyin olunmuş ilk oyunda məkan və rəqib bəlli olub. İyunun 30-da komanda “Ştutqart”ın 2-ci komandası ilə qarşılaşacaq.
Oyun “Qarabağ”ın məskunlaşdığı Kössen qəsəbəsinin stadionunda keçiriləcək. (klub saytı)
0
0