[b]“Qarabağ” Avstriya toplanışına start verdi - FOTOSESSİYA[/b]
17.06.2017 - 15:29
Avstriyaya yollanan "Qarabağ" bu gündən etibarən təlim-məşq toplanışına başlayıb. Apasport.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin bu gün üçün iki məşqi nəzərdə tutulub.
Qurban Qurbanovun yetirmələri Bakı vaxtı ilə 13:00-da ilk məşqə çıxıblar. İki qrup halında olan komanda fitnes zalında çalışıb. İlk hazırlıq hər qrup üçün 1 saat olmaqla 2 saat davam edib.
”Qarabağ”ın axşam məşqi isə Bakı vaxtı ilə 21:00-da start götürəcək.
0
0