[b]“Qarabağ” erkən çempionluğa doğru[/b]
30.04.2015 - 09:23
[b]“Qarabağ” erkən çempionluğa doğru[/b]

Sabah Topaz Premyer Liqasında XXXII tura start veriləcək. Apasport.az saytının məlumatına görə, turun qarşılaşmaları iki gün davam edəcək.

 

Avrokuboklara nəzəri şansları qalan “Simurq” öz meydanında “İnter”i sınağa çəkəcək. Çempionluq ümidlərini qoruyan paytaxt təmsilçisi cari mövsümdə uduzmadığı rəqibini məğlub etməlidi. Bakılılar 3 xal qazanmasalar, qızıl medal şansları daha da azalacaq. “Simurq” isə xal itkisi ilə “4-lük” xəyalı ilə vidalaşmaq təhlükəsi ilə üz-üzədi. Zaqatala klubunun qələbəsi çempionun rəsmiləşməsi ilə nəticələnə bilər.

 

Çünki “İnter” uduzsa, “Qarabağ” qalib gəlsə, ağdamlılar ardıcıl 2-ci çempionluğuna qovuşacaq. Lakin turun ikinci günündə meydana çıxacaq Qurban Qurbanovun yetirmələrinin işi o qədər də asan olmayacaq. Ağdam təmsilçisi ardıcıl 8 qələbə qazanan “Qəbələ”nin qonağı olacaq. “Qırmızı-qaralar” cari mövsümdə 2 dəfə məğlub etdiyi çempionu yenə büdrətmək əzmindədi. Buna səbəb “Qəbələ”nin ardıcıl 2-ci dəfə bürünc qazanmağa yaxın olmasıdı.

 

Əyalət klubu 3-cü yer uğrunda “Neftçi” ilə mübarizə aparır. Paytaxt təmsilçisi sabah “Sumqayıt”ı sınağa çəkəcək. Cari mövsümdə hər 3 görüşdə rəqibini minimal fərqlə üstələyən Arif Əsədovun komandası autsayderlər qrupunun sakininin yenə xalsız qoymağa çalışacaq. Çünki bakılıların ardıcıl 2-ci dəfə “üçlük”dən kənar qalmaq təhlükəsi var. “Gənclik şəhəri” təmsilçisi isə Premyer Liqada yerini təmin etmək üçün qalib gəlib, autsayderin büdrəməsini gözləməlidi.

 

“Bakı” – “Xəzər Lənkəran” qarşılaşmasında isə hər iki komanda mövsümün ikinci yarısındakı uğursuzluğa son qoymaq əzmindədi. Bu il qələbə qazanmayan paytaxtın eyniadlı təmsilçisi 19 oyunluq həsrətə son qoymağa çalışacaq. Cənublular isə bu il səfərdə xal qazana bilməyib. “Xəzər Lənkəran” bu seriyanı autsayderlə görüşdə dayandırmaq arsuzundadı.

 

Qeyd edək ki, XXXII turda AZAL istirahət edəcək.

 

XXXII tur

1 may (cümə)

17:00. “Simurq” – “İnter”
İlk 3 dövrədəki oyunlar: 0:0, 1:1, 1:2

Zaqatala şəhər stadionu

20:00. “Neftçi” – “Sumqayıt”
İlk 3 dövrədəki oyunlar: 1:0, 3:2, 1:0

“Bakcell Arena”

2 may (şənbə)

17:00. “Bakı” – “Xəzər Lənkəran”
İlk 3 dövrədəki oyunlar: 0:4, 0:0, 1:2

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

19:00. “Qəbələ” – “Qarabağ”
İlk 3 dövrədəki oyunlar: 0:2, 2:1, 1:0

Qəbələ şəhər stadionu

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

 Qarabağ

28

19

6

3

47-24

63

2

İnter

27

14

11

2

44-13

53

3

Neftçi

28

13

7

8

35-26

46

4

Qəbələ

28

13

7

8

39-33

46

5

Simurq  

28

10

5

13

35-31

35

6

AZAL 

28

8

8

12

29-40

32

7

Xəzər L 

27

7

6

14

32-41

27

8

Sumqayıt

27

5

9

13

25-37

24

9

Bakı

27

2

8

17

17-58

13

 

Bombardir: Nurlan Novruzov (“Bakı”) – 13.