“Qarabağ”ın yayda təlim-məşq toplanışı keçəcəyi ölkə müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Ağdam klubu bu dəfə fərqli məkana üz tutacaq.
Belə ki, adətən Türkiyəyə yollanan “Qarabağ” bu il yay toplanışını Avstriyada keçirəcək.
Məlumatı saytımıza açıqlamasında klubun icraçı-direktoru Əmrah Çəlikəl də təsdiqləyib: “Bəli, çox güman ki, Türkiyəyə getməyəcəyik. Bu dəfə Avstriyada toplanış keçmək fikrindəyik. Çünki orda daha yaxşı şərait var. Türkiyə variantından imtina etməyimizin səbəbi də məhz budu. Hazırda danışıqlar gedir. “Qarabağ”ın yay təlim-məşq toplanışı Avstriyada baş tutacaq”.
Qeyd edək ki, “Qarabağ” son illərdə yay toplanışını mütəmadi olaraq, Antalyada keçirirdi.