[b]“Qarabağ” layiq olduğu böyük hesablı qələbəni qazandı”[/b]
21.01.2016 - 11:19
[b]“Qarabağ” layiq olduğu böyük hesablı qələbəni qazandı”[/b]

“Qarabağ”la yoxlama görüşünün ilk yarısında çox yaxşı oynadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Macarıstanın “Dioşqyor” klubunun baş məşqçisi Şandor Eqervari deyib.

 

66 yaşlı mütəxəssis Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a 0:4 hesablı məğlubiyyətə şərh verib.

 

O, komandalar arasında səviyyə fərqini etiraf edib: “Matç ərzində iki fərqli zaman kəsiyi oldu. Birinci hissə ilə matçın son 15 dəqiqəsi arasında ciddi fərq var idi. Düzdü, həmin vaxta qədər artıq 4 qol buraxmışdıq. Amma yenə də sonluqda heç müqavimət belə göstərə bilmədik. İlk topu künc zərbəsindən buraxmağımız da futbolçularımızı “sındırmışdı”. Bu qolun ilk yarıya təsadüf etməsinə baxmayaraq, 1-ci hissədəki oyunumuzu qənaətbəxş sayıram. Fasilədən sonra çoxsaylı əvəzetmələr komandalar arasında səviyyə fərqini ortaya qoydu və “Qarabağ” layiq olduğu böyük hesablı qələbəni qazandı”.

 

 

Qeyd edək ki, “Qarabağ”ın “Dioşqyor”la oyununda Maksim Medvedev 30-cu, Muarem Muarem 51-ci, Rahid Əmirquliyev 58-ci, Mahir Mədətov 73-cü dəqiqədə qol sevinci yaşayıb.